Azərbaycan, Bakı, 12 may / Trend /
Azərbaycanın nümayəndə heyəti 13-14 mayda Brüsseldə "XXI əsrdə təhsil - texnologiya və innovasiyaların təsiri" forumunda iştirak edəcək.
Azərbaycan forumda Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformativləşdirilməsi üzrə İdarənin rəisi Samir Məmmədov, o cümlədən Microsoft Azerbaijan-ın "Təhsildə tərəfaşlıq" proqramı üzrə meneceri Emin Axundovla təmsil olunub.
Məmmədov təhsil sisteminin informativləşdirilməsi üzrə müzakirələrdə iştirak edəcək və 2008-2012-ci illərdə təhsil sisteminin informativləşdirilməsi üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanın təcrübəsi barədə danışacaq.
Microsoft korporasiyası tərəfindən təşkil edilən forumda təhsil sistemlərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini həyata keçirən Avropa ölkələrinin dövlət strukturları iştirak edəcəklər.
Gündəlikdə cari iqtisadi durumda təhsilin rolu, yeni tendensiyalar və onların təhsil sisteminə təsiri kimi məsələlər yer alıb. Forumda həmçinin, Avropa ölkələrində yeni "1:1" (bir şagird - bir kompüter) konsepsiyasının realizəsi məsələsinə baxılacaq.