Azərbaycan, Bakı, 11 iyun / Trend /
Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom Makaonun "Hutchison" operatoru ilə birlikdə abunəçilərə beynəlxalq rouminq rabitə xidməti təklif edir.
Şirkət xəbər verir ki, bu, Makao ilə ikinci rouminq müqaviləsidir.
Hazırda Azercell abunəçiləri artıq Makao "CTM" şirkətinin xidmətlərindən yararlanırlar.
Azercell Telecom MMC dünyanın 149 ölkəsi ilə 378 rouminq müqaviləsi imzalayıb.