...

"Azericard" və B&B TV Communication "online" ödəmə sistemini təqdim ediblər

Telekommunikasiya Materials 28 İyul 2009 20:36 (UTC +04:00)
"Azericard" prosessinq mərkəzi B&B TV Communication ilə birgə şifrəli efir-kabel televiziyasının "online" ödəmə sistemini təqdim edib.

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir H.Vəliyev /

"Azericard" prosessinq mərkəzi B&B TV Communication ilə birgə şifrəli efir-kabel televiziyasının "online" ödəmə sistemini təqdim edib. Bu barədə çərşənbə axşamı Trend -a "Azericard" şirkətindən məlumat verilib.

Hazırda B&B TV Communication-ın abunəçiləri aylıq abunə haqqını şirkətin internet saytı ilə "AzeriСard" və GoldenPay "online" ödəmə sistemi vasitəsilə ödəyə bilərlər.

GoldenPay sistemi Azərbycanda ilk "online" ödəmə xidmətinin provayderi kimi 2008-ci ilin dekabrında təqdim olunub. Xidmət SilverKey Azərbaycan şirkəti tərəfindən yaradılıb. GoldenPay xidməti etibarlı, təhlükəsizdir və "Visa", "MasterCard"ın nəzarətindədir. Sistem Visa və MasterCard-dan müvafiq olaraq Verified by Visa və MasterCard SecureCode lisenziyası alıb. Təhlükəsizliyin artırılması üçün VeriSign SSL şifrələmədən istifadə olunur.

B&B TV Communication ödəmə xidmətinin həyata keçirilməsi üçün smart kart və müqavilə nömrəsini daxil etmək, sonra ödəmə ediləcək lazımi ayların sayını seçmək lazımdır. Bundan sonra sistem ödəməni avtomatik olaraq AzeriCard Authorization Gateway səhifəsinə göndərir.

Daha sonra plastik kartın 16 rəqəmli nömrəsini və müvafiq ayı və ili daxil etmək lazımdır. Sonra imza üçün nəzərdə tutulmuş paneldə olan "CVV2/CVC2" sətrində son üç rəqəmi daxil etmək və əməliyyatı təsdiqləmək lazımdır.

"Online" başa çatdıqdan sonra brauzer pəncərəsində açılması vacib olan elektron çek görünəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti