...

Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Telekommunikasiya Materials 24 Sentyabr 2009 10:57 (UTC +04:00)
Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a bildiriblər ki, Nyu-Yorkda səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Urmas Paetlə görüşüb.
Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, Nyu-Yorkda səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Urmas Paetlə görüşüb.

Görüş əsnasında "Azərbaycan Respublikası Hökuməti ilə Estoniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş" də imzalanıb.

Bu sənədin iki ölkə arasında İKT sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açdığını bildirən tərəflər bu istiqamətdə konkret layihələrin müzakirəsi, ümumilikdə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün qarşılıqlı biznes missiyalarının əhəmiyyətini qeyd ediblər. Nazirlər habelə, iki ölkə arasında müxtəlif sahələr üzrə hüquq-müqavilə bazasının gücləndirilməsi üçün sənəd layihələrinin mübadiləsi üzrə də razılığa gəliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti