...

Azərbaycan Təhsil Nazirliyi veb-saytların 30 kateqoriyasına girişi məhdudlaşdırıb

Telekommunikasiya Materials 14 Dekabr 2009 15:07 (UTC +04:00)
Təhsil Nazirliyinin İnternetdən istifadə məsələlərinə dair Şurası 2008-2012-ci illərdə təhsil sisteminin informatizasiyasına dair Dövlət Proqramı çərçivəsində veb-saytların 30 kateqoriyasının filtirasiya edilməsi haqqında qərar qəbul edib. Bu barədə idarənin məlumatında deyilir.

Azərbaycan, Bakı, 14 dekabr / Trend , H.Vəliyev/

Təhsil Nazirliyinin İnternetdən istifadə məsələlərinə dair Şurası 2008-2012-ci illərdə təhsil sisteminin informatizasiyasına dair Dövlət Proqramı çərçivəsində veb-saytların 30 kateqoriyasının filtirasiya edilməsi haqqında qərar qəbul edib. Bu barədə idarənin məlumatında deyilir.

Məktəblilərin psixi və mənəvi vəziyyətinin müdafiəsi məqsədilə, həmçinin yeniyetmə nəslin informasiya sağıamlığına zərər gətirən məlumatların əldə olunmasına məhdudiyyət qoyulması məqsədi ilə, Azərbaycanın Azedunet təhsil şəbəkəsi çərçivəsində Websense proqramı tətbiq edilir. Websense proqramı məhdudlaşdırılmış kateqoriyaya daxil edilmiş saytları filtirasiya edir və video və audio fayllara girişi məhdudlaşdırır, axtarış sistemində müxtəlif dillərdə 60 kateqoriya üzrə zərərli informasiya axtarışını məhdudlaşdırır və bu uşaqların zərərli informasiyalardan maksimum müdafiəsinin təmin edilməsinə imkan verir.

Şuranın əsas fəaliyyət istiqaməti filtirasiya və həmçinin məktəblilərin və ali təhsil müəssisələrin tələbələrinin zərərli informasiyalara girişinin məhdudlaşdırılması üzrə praktiki təkliflərin və tövsiyələrin hazırlanmasıdır. Bu prossesi həyata keçirmək üçün Şura Böyük Britaniya, ABŞ, Rusiya, o cümlədən Estoniyanın təcrübəsindən geniş istifadə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti