...

Azərbaycan dövlət rabitə operatorunda genişzolaqlı internet istifadəçilərinin sayı 37,5 mini ötüb

Telekommunikasiya Materials 8 Fevral 2010 15:36 (UTC +04:00)
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsində genişzolaqlı internet istifadəçilərinin sayı 37544 təşkil edib. Onlardan 25122-si kommersiya-provayder xidmətlərinin istifadəçiləridir.

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir H.Vəliyev/

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsində genişzolaqlı internet istifadəçilərinin sayı 37544 təşkil edib. Onlardan 25122-si kommersiya-provayder xidmətlərinin istifadəçiləridir. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, operatorun şəbəkələrində portların sayı 56432 ədədə çatıb, onlardan 25792 ədədi kommersiya provayderlərinə məxsusdur.

471, 472, 473, 423, 477, 479 saylı ATS-lərin yenidən qurulması nəticəsində operator şəbəkəsində portların sayı 13568 port artacaq və 70 minə çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti