...

"Xalq kompüteri" layihəsi çərçivəsində 6300-dən çox fərdi kompüter satılıb

Telekommunikasiya Materials 10 Mart 2010 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir H.Vəliyev/

"Xalq kompüteri" layihəsi çərçivəsində 6300-dən çox fərdi kompüter satılıb. Bu barədə HP şirkətinin məlumatında bildirilir.

Layihə çərçivəsində təklif edilən kompüterlər orta təhsil müəssisələrinin müəllimləri üçün nəzərdə tutulub və faizsiz kredit şərti ilə 12 ayadək müddətə və bazar qiymətindən 25-40 faiz aşağı qiymətə satılır. 2010-cu ildə layihənin genişləndirilməsi - ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulması gözlənilir.

Layihə HP və Microsoft şirkətləri tərəfindən həyata keçirilir. Texnikanın təchizatçısı Best Comp Group şirkətidir.

İlin əvvəlindən layihəyə KÜR kompüter texnikası istehsalı zavodu və antivirus proqram təminatını hazılayan Sumantec şirkəti də cəlb edilib. Onların məhsulları alıcılara əlavə olaraq təqdim edilir. Symantec şirkətinin məlumatına görə, layihənin növbəti mərhələsi çərçivəsində 2,5 mindən çox lisenziyalı antivirus proqramı satılıb.

Xəbər lenti

Xəbər lenti