...

Azərbaycan dövlət rabitə operatorunun optik xətt magistralında qəza baş verib

Telekommunikasiya Materials 15 Mart 2010 17:58 (UTC +04:00)
"Stream" internet-servis provayderinin internet istifadəçiləri 457/458 saylı АТS arasındakı optik əlaqənin magistral xəttində baş verən qəzaya görə internetə çıxışsız qalıb.

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir H.Vəliyev/

"Stream" internet-servis provayderinin internet istifadəçiləri 457/458 saylı АТS arasındakı optik əlaqənin magistral xəttində baş verən qəzaya görə internetə çıxışsız qalıb. Bu barədə "Uninet"dən Trend -a bildirilib.

"Uninet" şirkətindən bildirildiyi kimi, optik kabelin qırılması Hövsan-Yeni Suraxanı istiqamətində baş verib və hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən bərpaetmə işləri aparılır.

Magistral xətdə qəzanın baş verməsi barədə məlumat, həmçinin, 457 sayı ATS-in texniki şöbəsi tərəfindən təsdiq olunub və bildirilib ki, problem günün sonuna kimi aradan qaldırılacaq. Qəzanın həftənin sonunda baş verməsi ilə əlaqədar olaraq, optik xətt və provayder vasitəsilə internet şəbəkəsinə qoşulan internet-provayder istifadəçiləri qlobal şəbəkəyə çıxışsız qalıb.

"Bakı Telefon Şəbəkəsi" İctimai Birliyinin texniki şöbəsindən bildirilib ki, Birlik öz rabitə xətlərinin fasiləsiz işləməsinə görə məsuliyyət daşıyır və baş vermiş hadisə həmin şirkətin rabitə xətləri ilə əlaqədar ola bilər.

Xəbər lenti

Xəbər lenti