Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Mərkəzi Bankı bankda istifadə olunan informasiya sistemlərinin və proqram platformalarının texniki dəstəklənməsi üzrə tender elan edib. Bu barədə bankın tender komissiyasının məlumatında deyilir.
Tenderdə iştirakın dəyəri 150 manatdır. İştirakçılardan tender təklifləri mayın 31-dək qəbul olunur. Tender proseduru iyunun 1-də saat 15:00-da keçiriləcək.