...

Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında iştirak edəcək

Telekommunikasiya Materials 22 Oktyabr 2010 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya Poçt İttifaqının Poçt İstismarı Şurasının payız sessiyasının işində iştirak edəcək. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Sessiya oktyabrın 25-dən noyabrın 12-dək Berndə (İsveçrə) keçiriləcək.

Sessiyanın təqvim planında Poçt İstismarı Şurasının komissiya və qrupları ilə birgə İnzibati Şuranın işçi və layihə qruplarının iclaslarının keçirilməsi nəzərdə tutulub.

2008-ci ildə keçirilən təşkilatın sonuncu konqresində ÜPİ-nın iki ali orqanının (İnzibati Şuran və Poçt İstismarı Şurası) üzvü olan Azərbaycan göstərilən orqanın işçi və layihə qrupları komissiyalarının tərkibinə daxil edilib. Respublika ümumi işə öz töhfəsini verərək və üzərinə götürdüyü bütün vəzifə və öhdəlikləri yerinə yetirərək bütün tədbirlərdə iştirak edir.

Sessiyanın gedişində poçt xidmətinin keyfiyyətinin, poçt təhlükəsizliyinin və yeni poçt xidmətləri bazarının inkişafı məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti