...

"Azercell" hamını "Onlar da hədiyyə gözləyirlər..." layihəsinə qoşulmağa çağırır

Telekommunikasiya Materials 21 Dekabr 2010 12:10 (UTC +04:00)
Yeni il bayramının gəlişini ən çox uşaqlar istəyirlər. Bu bayramda körpələr Şaxta Babadan müxtəlif hədiyyələr diləyir, həvəslə sürprizlərin yolunu gözləyirlər.
"Azercell" hamını "Onlar da hədiyyə gözləyirlər..." layihəsinə qoşulmağa çağırır

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Yeni il bayramının gəlişini ən çox uşaqlar istəyirlər. Bu bayramda körpələr Şaxta Babadan müxtəlif hədiyyələr diləyir, həvəslə sürprizlərin yolunu gözləyirlər. "Park Bulvar" alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə "Azercell Telekom" MMC-nin təşəbbüsü ilə bəzədilən yeni il ağacları valideyn himayəsindən məhrum olan uşaqların "Yeni il arzuları"nı gerçəkləşdirmək niyyətindədir.

Bu il ilk dəfə uşaq evlərində yaşayan balalar üçün keçirilən "Onlar da hədiyyə gözləyirlər..." layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə bilər. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hal-hazırda "Park Bulvar" alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər.

Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir. Hədiyyələrin təqdim edilməsi üçün "Azercell Telekom"un dəstəyi ilə dekabrın 28-də "Landmark"ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçirəcək. Mərasimdə uşaqlara "Onlar da hədiyyə gözləyirlər..." layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanılacaq.

Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş uşaqları məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni il bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir.

Nəzərinizə çatdıraq ki, "Onlar da hədiyyə gözləyirlər..." layihəsi 26 dekabr 2010-cu il tarixinə qədər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti