Azərbaycan, Bakı, 31 mart /Trend/
Azercell Dövlətcell tarif paketinə üzv olan abonentləri üçün "Bahar töhfəsi" kampaniyası keçirir. Martın 18-dən başlayan kampaniya çərçivəsində abonentlər hədiyyə dəqiqələr və telefon qazanırlar.
Dövlətcell tarif paketinin üzvləri hər ay 5-10 manat arası fakturaya görə 50 dəqiqə, 10-30 manatlıq faktura üçün 100 dəqiqə, 30-50 manat arası faktura həcminə görə 150 dəqiqə hədiyyə danışıq vaxtı almış olurlar. Əgər aylıq fakturanın həcmi 50AZN-dan çox olarsa, onda Dövlətcell abonentinə 200 dəqiqə hədiyyə olunur.
Bütün bunlardan əlavə, kampaniya müddətində hər nömrəyə ən azı 10AZN yükləyən ilk 250 Dövlətcell abonentinə "Nokia" mobil telefonu hədiyyə edilir. Nokia 1680 mobil telefonu yalnız 3 və ya artıq "Dövlətcell" nömrəsi olan abonentlərə verilir. Hədiyyə qazanan abonentlərin nömrələri bəlli olduqdan sonra kampaniyanın bitməsi haqda məlumat Azercell-in rəsmi saytında yerləşdiriləcək.
Dövlətcell-lilərə bahar sevinci yaşadan bu kampaniya 18 mart-18 iyun arasında keçirilir. Bu müddət ərzində hədiyyə olunan dəqiqələr hər ay faktura kəsiləndən sonra verilir. Hədiyyə dəqiqələr Fakturada "İstifadə haqqı" bölümündəki məbləğ və həmin məbləğə hesablanmış ƏDV əsasında təqdim olunur. Qeyd edək ki, hədiyyə edilən dəqiqələr yalnız Dövlətcell-lilər arası danışıq üçündür. Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.
Azercell "Uğur 2010" mükafatına layiq görülüb
Azərbaycan, Bakı, 31 mart /Trend/
Martın 18-də Buta Palace-da iqtisadiyyat və biznes sahəsində "Uğur-2010" milli mükafatının təqdimat mərasimi keçirilib. Mükafat təsisçilərinin rəyi əsasında hazırlanan nəticələrə görə, ötən il ərzindəki əhəmiyyətli fəaliyyətinə görə 29 laureat "Ugur" Milli mükafatına layiq görülüb. Laureatlar arasında ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var.
Təqdimat mərasimində "Uğur-2010" mükafatının təşkilat komitəsinin sədri İbrahim Baharov çıxış edərək nəticələri şərh edib. Onun sözlərinə görə, hər il bu mükafata öz sektorunun flaqmanları olan və ölkəmizin inkişafına dəyərli töhfəsini verən təşkilatlar, şirkətlər, görkəmli şəxsiyyətlər layiq görülür: "Bu il də istisna deyil. Bizim bu dəfəki laureatlarımız Azərbaycanın gələcəkdə də müxtəlif istiqamətlərdə inkişaf etməsi üçün böyük potensialımızın olduğunu bir daha nümayiş etdiriblər".
Ötən illərdə olduğu kimi bu dəfə də Azercell-in adı laureatlar sırasında olub. Azercell Telekom MMC 2010-cu ildə telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə "Uğur" Milli mükafatına layiq görülüb. Mükafat şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadəyə təqdim olunub. Xanım Həsənzadə "Uğur" mükafatının şirkət üçün böyük önəm daşıdığını bildirib: "Bu, yalnız 2010-cu ildə deyil, ümumiyyətlə şirkətimizin fəaliyyətdə olduğu 15 il ərzində ölkənin telekommunikasiya sektoruna verdiyi töhfəyə bir qiymətdir".
"Uğur" Milli Mükafatı Azərbaycanda milli iqtisadiyyatın möhkəmləndirilməsində və inkişafında, ölkəyə investisiyaların cəlb olunmasında, dünya standartlarının tətbiqində, yeni iş yerlərinin yaradılmasında iştirakına görə biznesmenlərə, ictimai və dövlət xadimlərinə verilən ilk mükafatdır.
Mükafat 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis olunub. 1996-cı ildən etibarən nəşr olunan bu jurnal iqtisadiyyat, hüquq və ölkədə özəl sahibkarlığın inkişafı ilə əlaqədar məsələləri işıqlandırır. "Consulting&Business" azərbaycanlı iqtisadçılar, siyasətçilər, menecerlər və iş adamları tərəfindən aparıcı işgüzar nəşr qismində tanınıb. Jurnal tərəfindən hər il "Uğur" Milli mükafatının təqdim olunması ölkədə sahibkarlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası üçün stimul yaradır.