...

Naxçıvanın Rabitə Nazirliyi elektron xirmətlərin göstərilməsi üçün dövlət qulluqçularının ixtisasını artırır

Telekommunikasiya Materials 13 Sentyabr 2011 16:24 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədilə dövlət qulluqçuları üçün ixtisasartırma kursları təşkil edib.
Naxçıvanın Rabitə Nazirliyi elektron xirmətlərin göstərilməsi üçün dövlət qulluqçularının ixtisasını artırır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, umber H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədilə dövlət qulluqçuları üçün ixtisasartırma kursları təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Məlumata görə, kurslar elektron-rəqəmsal imzalardan istifadə, elektron sənəd dövriyyəsi, internet-resurslar, elektron sənədlərin tərtibi və s. istifadə qaydalarını əhatə edir.

Elektron xidmətlərin tətbiqinin əsas məqsədi vaxtında reaksiya, vətəndaşlarla dövlət orqanları arasında birbaşa əlaqələrin minimuma endirilməsi, vətəndaşlarla dövlət orqanlarının qarşılıqlı əlaqələrinin rasionallığı və keyfiyyətinin yüksəldilməsi, eləcə də dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılmasıdır.

Xəbər lenti

Xəbər lenti