Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/
"Azərkosmos" ASC Xırdalan ATS-dən Yerüstü Peyk idarəetmə Mərkəzinədək qorunan optik-lif kabelin (FO -48) çəkilməsi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ASC-nin tender komitəsinin məlumatında deyilir.
Göstərilən marşrut üzrə kabelin uzunluğu 31 590 metr təşkil edir.
Tenderdə iştirakın dəyəri 220 manatdır.
İştirakçıların təklifləri oktyabrın 10-u saat 18:00-dək, sənədlər isə həmin gün saat 17:00-dək ASC-nin inzibati binasında qəbul olunur.
Tender oktyabrın 21-i saat 16:00-da "Azərkosmos"un binasında keçiriləcək.
Əlavə məlumat üçün: tel.: 493 26 44; əlaqəli şəxs Ağəli Abbasov