...

Azərbaycanın İT-şirkəti Qırğızıstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq

Telekommunikasiya Materials 11 Oktyabr 2011 16:47 (UTC +04:00)
SINAM Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi elan olunub.
Azərbaycanın İT-şirkəti Qırğızıstanda elektron hökumət sahəsində növbəti layihəni reallaşdıracaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT-şirkəti SINAM Qırğızıstan Dövlət Qeydiyyat Xidmətinin Kadastr və Daşınmaz Əmlaka dair Hüquqların Qeydiyyatı Departamentinin sənədlərinin elektron arxivinin yaradılması üzrə keçirilmiş tenderin qalibi elan olunub.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tender Qırğızıstan hökuməti tərəfindən maliyyələşdirilən Torpaq və Daşınmaz Əmlakın qeydiyyatının ikinci layihəsi çərçivəsində keçirilib.

Layihə çərçivəsində SINAM şirkəti Departamentin Bişkek və Oş şəhərlərində yerləşən yerli qeydiyyat ofislərinin təxminən 3,33 milyon səhifədən ibarət kadastr və digər sənədlərinin rəqəmsallaşdırılması (elektron nüsxələrinin yaradılması), sənədlərin indeksləşdirilməsi və sənədlər haqqında meta-verilənlərlə birlikdə Dövlət Qeydiyyat Xidmətinin verilənlər bazasında yadda saxlanılması üzrə işləri həyata keçirəcək. Göstərilən işlərin 9 ay müddətində başa çatdırılması nəzərdə tutulur.

SINAM şirkəti Qırğızıstanda elektron hökumət sahəsində artıq bir layihəni reallaşdırmaqdadır. SINAM hazırda Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində Qırğızıstanın Dövlət Vergi Xidmətində inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanmasını və quraşdırılmasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti