...

"Azərpoçt"un portalında işğal olunmuş kəndlərin poçt indeksləri yerləşdirilib

Telekommunikasiya Materials 13 Oktyabr 2011 17:32 (UTC +04:00)
"Azərpoçt" MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş kəndlərin poçt indeksləri yerləşdirilib.
"Azərpoçt"un portalında işğal olunmuş kəndlərin poçt indeksləri yerləşdirilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"Azərpoçt" MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş kəndlərin poçt indeksləri yerləşdirilib.

Trend-in məlumatına görə, əvvəllər portalda yalnız işğal olunmuş rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilmişdi.

Yeniliyin tətbiqi ilə artıq kənd poçt şöbələrinin də indeksləri burada yerləşdirilib.

Artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır.

Xəbər lenti

Xəbər lenti