...

Azərbaycanın mobil rabitə bazarında Bakcell-in payı 35 faizi ötür

Telekommunikasiya Materials 24 Oktyabr 2011 11:48 (UTC +04:00)
Azərbaycanın mobil rabitə bazarında Bakcell-in payı 35 faizi ötür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer məlumat verib.
Azərbaycanın mobil rabitə bazarında Bakcell-in payı 35 faizi ötür

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə bazarında Bakcell-in payı 35 faizi ötür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer məlumat verib.

Onun sözlərinə görə, bu gün şirkət Azərbaycan bazarında 2500 ədədə çatan ən böyük baza stansiyaları şəbəkəsinə malikdir. Bu stansiyalar həm 2G, həm də 3G standartlarında xidmət göstərməyə qadirdirlər.

"Bizə kommunikasiyaların müvafiq spektri [tezliklər və lisenziya] ayrılandan sonra Azərbaycanda uyğun xidmətlərin [3G] göstərilməsinə hazırıq", - Şirer deyib.

Onun sözlərinə görə, Bakcell şirkəti müntəzəm olaraq şəbəkədə sınaqlar keçirir. Bu da öz texniki xarakteristikasına görə şirkətin şəbəkəsinin Azərbaycanın mobil rabitə bazarının digər oyunçuları ilə müqayisədə nisbətən daha yaxşı nəticələr göstərdiyini söyləməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti