Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir H.Vəliyev /
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-nin nümayəndələri beynəlxalq seminarda poçt sahəsində səmərəliliyin artırılması, yeni xidmətlərin inkişaf etdirilməsi və bu sahəyə mənfi təsirlərin səviyyəsini azaltmaq üçün tədbirlərin müzakirəsini aparacaqlar. Trend-in məlumatına görə, bu barədə Nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Məlumata görə, bu məsələlər bu il noyabrın 15-17-də Türkiyənin Antalya şəhərində "Poçt sektorunda imkanlar və təhlükələr" mövzusunda keçiriləcək beynəlxalq seminarda müzakirə olunacaq.
Tədbirdə Azərbaycan təmsilçiləri ölkədə poçt və maliyyə xidmətləri sahəsində əldə etdikləri nailiyyətlər barədə təcrübələrini bölüşəcəklər.