...

Azərbaycanda mobil telefon bazarı 23,7 faiz artıb

Telekommunikasiya Materials 18 Yanvar 2012 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir H.Vəliyev/

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 7,1 milyon dollardan çox olan 119,8 min ədəd mobil telefon gətirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsinin 2011-ci ilin yekunları üzrə statistik hesabatında deyilir.

Məlumata əsasən, 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə mobil telefonların idxal həcmi 23,7 faiz, pulla ifadədə isə 15,6 faiz artıb.

Ölkəyə hər ay orta hesabla təxminən 10 min ədəd mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə təxminən 600-650 min dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti