...

Azərbaycanın mobil rabitə operatoru "Apple" cihazlarının satışını təşviq edir

Telekommunikasiya Materials 16 Fevral 2012 14:04 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Apple" smartfonları və planşet kompüterlərinin satışını təşviq edir.
Azərbaycanın mobil rabitə operatoru "Apple" cihazlarının satışını təşviq edir

Azərbaycan, Bakı, 16 fevral /Trend müxbir H. Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru olan "Bakcell" şirkəti "Apple" smartfonları və planşet kompüterlərinin satışını təşviq edir. Bu barədə cümə axşamı Trend-ə şirkətin baş kommersiya direktoru Krasimir Genov bildirib.

Genovun sözlərinə görə, bu cihazlara böyük tələbat var və tələbatın artması, habelə bazarın inkişafından asılı olaraq satışlar artacaq.

Bu cihazların satışını təşviq etməklə şirkət istifadəçilərin onları daha asan əldə etməsini planlaşdırır.

Cümə axşamı "Sharks Mobile" şirkətindən ("Bakcell" şirkətinin rəsmi dileri) Trend-ə bildiriblər ki, "Apple" planşet kompüterləri və smartfonlarının satışı "Bakcell" şirkəti ilə birlikdə keçirilən aksiya çərçivəsində təşkil edilib.

Cihazlar faizsiz və ilkin ödəniş olmadan 6 ay müddətinə kreditlə satışa çıxarılıb. İstifadəçilərə internetə aktiv çıxşı olan "Bakcell" abunəçi nömrələri təqdim edilib.

Qarşıdakı yaz bayramları ilə əlaqədar olaraq, "Sharks Mobile" smartfon və planşet kompüterlərinin satışı üzrə aksiyaları təşkil etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti