...

Azərbaycanın poçt operatoru beynəlxalq kartların buraxılışına başlayıb

Telekommunikasiya Materials 12 Mart 2012 17:26 (UTC +04:00)
"Azərpoçt" MMC "MasterCard" beynəlxalq ödəmə sitemində kartların emissiyası və ekvayrinqinin sertifikasiyasını başa çatdırıb.
Azərbaycanın poçt operatoru beynəlxalq kartların buraxılışına başlayıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC "MasterCard" beynəlxalq ödəmə sitemində kartların emissiyası və ekvayrinqinin sertifikasiyasını başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "MilliKart"ın məlumatında deyilir.

Poçt operatorunun kartlarına "MilliKart" prosessinq mərkəzi tərəfindən xidmət göstəriləcək.

Fevralın 10-dan etibarən "Azərpoçt" "MasterCard Int." ödəmə sistemi loqotipi altında MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold və MasterCard Platinum plastik kartlarının emissiyasına başlayıb.

Son iki ayda poçt operatoru Bakı şəhərində 7 bankomat quraşdırıb. Yaxın vaxtlarda bankomatların Gəncədə quraşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti