...

Bakcell-dən "Pulsuz Gecə Zəngləri" geri döndü

Telekommunikasiya Materials 18 May 2012 17:31 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abonentlər tərəfindən çox sevilən "Pulsuz Gecə Zəngləri" kampaniyasına yenidən start verir. Uzun yay gecələrinə maraq qatacaq bu kampaniya xüsusilə CİN istifadəçiləri üçün çox gözəl hədiyyə olacaq.
Bakcell-dən "Pulsuz Gecə Zəngləri" geri döndü

Azərbaycan, Bakı, 18 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti abonentlər tərəfindən çox sevilən "Pulsuz Gecə Zəngləri" kampaniyasına yenidən start verir. Uzun yay gecələrinə maraq qatacaq bu kampaniya xüsusilə CİN istifadəçiləri üçün çox gözəl hədiyyə olacaq.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, Bakcell-dən "Pulsuz Gecə Zəngləri" CİN abunəçilərinə yenidən pulsuz gecə danışıqları imkanı verir.

Yenidən gecələr pulsuz danışıqlardan həzz almaq olacaq, ən maraqlısı isə kampaniya şərtlərinin eyni olmasıdır. Abunəçi *550#1#YES yığmaqla hər gecə saat 24:00-dan səhər saat 08:00-dək pulsuz danışa biləcək. Servisi aktivləşdirmək üçün cəmi 0,99 manat tələb olunur. Servisi aktiv etdikdən sonra abunəçi 30 gün nəzərdə tutulan 2500 pulsuz dəqiqə qazanmış olur. Başqa sözlə desək, pulsuz dəqiqələr o qədərdir ki, bu müddətə onları danışıb qurtara da bilməyəcəksiniz.

Bakcell-dən bu unikal imkanı qaçırmayın: Üstünlükdən istifadə edin, Bakcell-dən Pulsuz Gecə Zəngləri kampaniyasına qoşulun və doyunca danışın. Pulsuz danışığın üstünlüklərindən istifadə edin və sevdiklərinizə daim yaxın olun.

Xəbər lenti

Xəbər lenti