...

Azərbaycan orbital-tezlik resursuna çıxış prosedurunun təkmilləşdirilməsi məsələsinə baxıb

Telekommunikasiya Materials 25 May 2012 20:23 (UTC +04:00)
"Azərkosmos" ASC-nin ekspertləri orbital-tezlik resurslarına düzgün çıxışın təmin edilməsi üçün radiorabitə reqlamenti prosedurunun təkmilləşdirilməsi məsələsini nəzərdən keçiriblər.
Azərbaycan orbital-tezlik resursuna çıxış prosedurunun təkmilləşdirilməsi məsələsinə baxıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir H.Vəliyev/

"Azərkosmos" ASC-nin ekspertləri orbital-tezlik resurslarına düzgün çıxışın təmin edilməsi üçün radiorabitə reqlamenti prosedurunun təkmilləşdirilməsi məsələsini nəzərdən keçiriblər. Bu barədə Trend-ə cümə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, məsələyə mayın 21-də Moskvada keçirilən peyk rabitəsinin inkişafı sahəsində aktual təkliflərin öyrənilməsi üzrə ekspert qrupunun iclası çərçivəsində baxılıb.

İclasın işində MDB ölkələrinin ekspertləri, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosu və Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclasın iştirakçıları Ümumdünya Radiorabitə Konfransının peyk məsələləri sahəsində işlərinə yekun vurublar. Orbital-tezlik resurslarına düzgün çıxışa nail olmaq üçün radiorabitə reqlamenti prosedurunun təkmilləşdirilməsi problemlərinə xüsusi diqqət ayrılıb.

Həmçinin, qrupun 2012-2013-cü illər üçün işinin layihə planı bəyənilib.

Xəbər lenti

Xəbər lenti