...

Azərbaycanda “Mançester Yunayted”in təqaüd proqramının reallaşdırılması planlaşdırılır

Telekommunikasiya Materials 15 Oktyabr 2012 12:45 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə birgə xüsusi proqramın reallaşdırılması məsələsini nəzərdən keçirir.
Azərbaycanda “Mançester Yunayted”in təqaüd proqramının reallaşdırılması planlaşdırılır

Azərbaycan, Bakı, 15 oktyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə birgə xüsusi proqramın reallaşdırılması məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Bakcell"in baş icraçı direktoru Riçard Şirer məlumat verib.

Onun sözlərinə görə, bu, gənclərin inkişafına yönəlmiş təqaüd proqramıdır.

Bu gün Azərbaycanın "Bakcell" mobil rabitə operatoru "Mançester Yunayted"lə tərəfdaşlıq sazişi imzalayıb. Bununla da "Bakcell" MDB-də futbol klubunun ilk rəsmi telekommunikasiya və yayım şirkəti olub ki, nəticədə "Mançester Yunayted"in Azərbaycandakı azarkeşləri, eləcə də "Bakcell"in 2,6 milyon abonenti futbol komandasının unikal kontentinə çıxış əldə edəcəklər.

"Bakcell" şirkəti tərəfdaşlıq çərçivəsində abonentlərə mobil xidmətlərin xüsusi paketini təqdim edəcək. "Bakcell" layihə çərçivəsində klubun rəsmi "MUTV" telekanalını yayımlamaq hüququ qazanacaq.

Eləcə də "Bakcell" və "Mançester Yunayted"in tərəfdaşlığına həsr olunmuş Wap portalının buraxılışı planlaşdırılır ki, burada müxtəlif xidmət növləri ("Mançester Yunayted"in xəbərləri, oyunların nəticələri, video, rinqtonlar və s.) yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti