...

Azərbaycan poçtu "Migom" pulköçürmə sistemini işə salıb

Telekommunikasiya Materials 28 Noyabr 2012 19:05 (UTC +04:00)
"Azərpoçt" MMC "Migom" pulköçürmə sistemi ilə tərəfdaşlıq sazişi imzalayıb.
Azərbaycan poçtu "Migom" pulköçürmə sistemini işə salıb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC "Migom" pulköçürmə sistemi ilə tərəfdaşlıq sazişi imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Migom"un yaydığı məlumatda deyilir.

"Migom" sistemi üzrə pulköçürmə xidmətinin pilot layihəsinə noyabrın 26-da başlanılıb. Xidmətdən hazırda poçt operatorunun 9 şöbəsində istifadə etmək olar. Sistem pul köçürmələrini 26 yaxın və uzaq xarici ölkədə həyata keçirməyə imkan verir. Əməliyyatın həyata keçirilmə sürəti 1 dəqiqədir. Köçürmələr ünvansız xarakter daşıyır və "Migom"un Azərbaycandakı tərəfdaşının istənilən məntəqəsində əldə etmək olar.

Xidmət perspektivdə əhaliyə maliyyə xidmətləri göstərilən 1200 poçt şöbəsi üzrə genişləndiriləcək.

"Migom"un İdarə heyətinin sədri Natalya Karaçevtsevanın sözlərinə görə, "Migom" pulköçürmə sistemi xeyli müddətdir Azərbaycan bazarında təqdim olunub. Bu ödəniş sisteminin Azərbaycanda bank-tərəfdaş şəbəkəsində 430-dan çox xidmət məntəqəsi var.

"Azərbaycan poçtu ilə saziş çoxsaylı poçt şöbələri sayəsində deyil, həmçinin onların xüsusi yerləşmə yeri ilə əlaqədar bizim üçün xüsusi əhəmiyyət kəsb edir. İş burasındadır ki, şəbəkə əsasən iri yaşayış məntəqələrində yerləşir, poçtun isə kənd yerlərində çoxlu şöbələri var. Bunun sayəsində biz ödəniş xidmətlərimizi onlara ehtiyac olan yerlərdə təqdim edə bilərik", - o vurğulayıb.

Rusiya Bankının məlumatına görə, 2011-ci ildə Rusiya və Azərbaycan arasında pul köçürmələri sistemi vasitəsilə həyata keçirilən transərhəd köçürmələr üzrə dövriyyə 1246 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti