Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir H.Vəliyev/
"Azəricard" prosessinq mərkəzinin iOS (Apple smartfonları və planşet kompüterləri) əməliyyat sisteminin idarəsi altında işləyən qurğular üçün mobil bank proqramını "App Store" mağazasından əldə etmək mümkündür. Bu barədə cümə axşamı Trend-ə "Azəricard"ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov məlumat verib.
Məmmədovun sözlərinə görə, hazırda proqram "BlackBerry OS" və "Android OS" əməliyyat şəraitində, eləcə də "Java" proqramını dəstəkləyən başqa smartfonlarda tam fəaliyyət göstərir və çalışır.
Proqram kommunal, mobil rabitə, internet xidmətlərini ödəməyə, itirildiyi halda kartı bloklamağa, balansı yoxlamağa, hesabdan çıxarışlar etməyə və s. imkan verir.
Distribütivin funksiyaları daim artırılır. Qarşıda kreditlərin ödənilməsi funksiyasının əlavə edilməsi planlaşdırılır. Bu istiqamətdə artıq iş aparılır.