...

"Ultra" şirkəti TIBO-2013 sərgisində iştirak edir (FOTO)

Telekommunikasiya Materials 25 Aprel 2013 17:23 (UTC +04:00)
Aprelin 23-26-da Minskdə keçirilən TIBO-2013 informasiya-kommunikasiya texnologiyaları sərgisində 15 ölkənin 300-dən çox şirkətinin məhsulları, həmçinin bir çox nazirliklərin stendləri nümayiş olunur.
"Ultra" şirkəti TIBO-2013 sərgisində iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Aprelin 23-26-da Minskdə keçirilən TIBO-2013 informasiya-kommunikasiya texnologiyaları sərgisində 15 ölkənin 300-dən çox şirkətinin məhsulları, həmçinin bir çox nazirliklərin stendləri nümayiş olunur. "Ultra" şirkəti sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan Azərbaycan milli pavilyonunda təmsil olunur. Azərbaycan milli pavilyonunda ölkənin İKT sahəsinin son nailiyyətləri nümayiş olunur.

Şirkətdən Trend-ə verilən məlumata görə, sərginin ilk günü Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Belarus Baş nazirinin müavini Anatoli Kalinin "Ultra"nın stendində olub, şirkətin inteqrasiya həlləri və yeni "Nexus" məhsulları ilə tanış olublar. "Ultra" şirkəti sərgidə e-təhsil, e-sənəd dövriyyəsi, e-imza, e-bank, ALISA elektron kitabxana, elektron notariat və digər inteqrasiya sistemləri ilə yanaşı, ən son "Nexus" məhsullarını da nümayiş etdirir. Ən son texnologiyalar üzərində hazırlanmış həllər izləyicilərin xüsusi marağına səbəb olub.

Sərgi çərcivəsində keçirilən forumda şirkətin baş direktoru Zaur Məmmədzadə Azərbaycan və Belarus arasında əməkdaşlıq münasibətləri haqqında danışıb. O bildirib ki, hər iki ölkə arasında əməkdaşlıq nəinki İKT sahəsini, həm də bütün digər sahələri əhatə edir.

Xatırladaq ki, 2010-ci il fevralın 12-də Bakı şəhərində Azərbaycan-Belarus forumu keçirilmişdi. Həmin forumda ölkələr arasında əməkdaşlığı genişləndirmək məqsədilə Azərbaycanın "Ultra" şirkəti ilə Belarusun "ST Group" şirkəti arasında informasiya texnologiyaları sahəsində strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.

"Ultra" şirkəti ən böyük tərəfdaşlarından biri olan Belarusun "ST Group" şirkəti ilə birqə banklar üçün proqram təminatı hazırlayıb. E-bank həlləri Azərbaycanın ən iri banklarında tətbiq olunub. "Ultra" və ST şirkətləri arasında bağlanmış saziş Azərbaycanda İT-nin inkişafına öz təsirini göstərib. Bunun nəticəsi olaraq, II Azərbaycan-Belarus forumunda şirkətlər arasında bağlanmış sazişin müddəti artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti