...

Azərbaycanda mobil e-imzaların verilməsinə başlanılır

Telekommunikasiya Materials 14 May 2013 18:56 (UTC +04:00)
Mayın 15-dən etibarən Azərbaycanda mobil rəqəmsal imzaların ("ASAN-imza") rəsmi verilməsinə başlanılacaq. Bu barədə Trend-ə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva bildirib.
Azərbaycanda mobil e-imzaların verilməsinə başlanılır

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir H.Vəliyev/

Mayın 15-dən etibarən Azərbaycanda mobil rəqəmsal imzaların ("ASAN-imza") rəsmi verilməsinə başlanılacaq. Bu barədə Trend-ə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, mobil rəqəmsal imzaları "ASAN xidmət" mərkəzləri və nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək olar.

"Mobil rəqəmsal imzalardan istifadə etmək üçün Sim-kartları dəyişmək lazım olacaq. Bununla əlaqədar olaraq mərkəzlərdə Azərbaycan mobil operatorlarının nümayəndələri işləyəcək. "ASAN-imza" əlavəsinin tətbiqi və mobil rəqəmsal imzaların sertifikatının aktivləşdirilməsi həm nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərində, həm də "ASAN xİdmət" mərkəzlərində mümkün olacaq", - Musayeva bildirib.

Mobil imza mərkəzinin yeni platforması Azərbaycanın hər üç mobil rabitə operatorunun platformaları ilə inteqrasiya olunub.

Perspektivdə 2014-cü ildən verilməsi planlaşdırılan yeni şəxsiyyət vəsiqələrində də bu əlavənin tətbiqi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti