...

Nazir: Azərbaycanın enerji gəlirlərinin səmərəli bölüşdürülməsi üzrə təcrübəsi bir çox ölkələri maraqlandırır

Telekommunikasiya Materials 3 İyun 2013 11:52 (UTC +04:00)
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi neft sektorundan sonra Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq.
Nazir: Azərbaycanın enerji gəlirlərinin səmərəli bölüşdürülməsi üzrə təcrübəsi bir çox ölkələri maraqlandırır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir H. Vəliyev/

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi neft sektorundan sonra Azərbaycan iqtisadiyyatının inkişafında vacib rol oynayacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində xarici ekspertlərlə İKT sektorunun inkişafı məsələləri müzakirə ediləcək. Müzakirələr iyunun 3-də Bakıda keçirilən "Baku Futures Forum"unda baş tutacaq: "İKT sektoru dünyada iqtisadiyatın inkişafının prioritet istiqamətidir. Hazırda enerji sektorunda asılı olan bir çox ölkələrdə onun inkişafına diqqət yetirirlər. Azərbaycanın neft gəlirlərinin İKT sektorunun inkişafına düzgün yönəldilməsi, həmçinin gələcəkdə iqtisadiyyatın davamlı inkişafının təminatında təcrübəsi bir çox ölkələri maraqlandırır. Bu məsələ konfrans çərçivəsində müzakirə ediləcək mövzulardan biri olacaq".

Abbasovun sölərinə görə, İnkişaf Konsepsiyasında qeyri-neft sektoru hesabına iqtisadi potensialın ikiqat artırılması nəzərdə tutulub. Konsepsiyada nəzərdə tutulmuş əsas məqsəd İKT sektorunun 4 qat artırılmasıdır:

"Bu məqsədlə artıq bir sıra tədbirlər həyata keçirilir, onların sırasında əlverişli rəqabət mühitinin yaradılması, əmək resurslarının inkişafı, investisiyaların cəlb edilməsi var. Azərbaycanda texnoloji parkların şəbəkəsi yaradılır və onların maliyyə dəstəyi üçün bir sıra fondlar, o cümlədən İKT-nin İnkişaf Fondu formalaşdırılır. İnsan resurslarının inkişafı məsələsinə gəlincə, bu istiqamətdə təhsil sahəsinin inkişafı nəzərdə tutulur. Söhbət İKT üzrə ali təhsil müəssisəsinin - İnformasiya Texnologiyaları Universitetinin yaradılmasından gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti