...

Azərbaycana mobil telefonların idxalı azalıb

Telekommunikasiya Materials 16 Sentyabr 2013 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir H.Vəliyev/

2013-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumi dəyəri 2409,2 min dollar olan 53 338 ədəd mobil telefon idxal olunub. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricilərlə müqayisədə (73 812 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 27,74 faiz, pulla ifadədə isə bu göstərici 36,45 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla 7,6 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 344 min dollardan çox təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti