...

Sazz İnternet-in əhatə dairəsinə Pirallahı adası və Pirşağı qəsəbəsi də daxil edildi

Telekommunikasiya Materials 30 Sentyabr 2013 16:43 (UTC +04:00)
Sazz İnternet provayderi ölkədə İKT ilinin elan edilməsi ilə əlaqədar tərtib etdiyi geniş inkişaf proqramını uğurla həyata keçirməyə davam edir.
Sazz İnternet-in əhatə dairəsinə Pirallahı adası və Pirşağı qəsəbəsi də daxil edildi

Sazz İnternet provayderi ölkədə İKT ilinin elan edilməsi ilə əlaqədar tərtib etdiyi geniş inkişaf proqramını uğurla həyata keçirməyə davam edir. Proqram həm Bakı və Abşeronu, həm də respublikanın müxtəlif regionlarını əhatə edir.

Sentyabr ayının sonlarından etibarən Sazz İnternet Abşeronun bir sıra yeni bölgələrini özünün əhatə dairəsinə əlavə edib. Belə ki, Sazz İnternet artıq Pirallahı adası və Pirşağı qəsəbəsində də xidmət göstərməyə başlayıb, Hövsanda isə şəbəkəni genişləndirib.

Hazırda Bakı və Abşeron, Gəncə, Mingəçevir, Sumqayıt və Xırdalanda fəaliyyət göstərən Sazz İnternet-in əhatə dairəsinə yaxın bir neçə həftə ərzində daha 11 rayon mərkəzinin əlavə olunması gözlənilir. İlkin mərhələdə Sazz İnternet ardıcıl olaraq Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala və Balakəndə, daha sonra isə Lənkəran, Masallı, Lerik və Astarada də öz şəbəkəsini quracaq.

Sazz İnternet-ə şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz satış nöqtələrində abunəçi olmaq olar. Sazz Internetin satış nöqtələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərin ixtiyarındadır. Satış nöqtələrinin tam siyahısı www.sazz.az internet səhifəsində yerləşdirilib. Abunəçi müqaviləsini həmçinin sifarişlə və pulsuz çatdirilma yolu ilə həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti