Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Elektron hökumət" portalına qoşulub. Bu barədə cümə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.
MHM-dən deyildiyi kimi, hazırda portal jurnalistlərin xarici KİV-də akkreditə olunması üzrə sənəd və müraciətlərin qəbulu üzrə XİN-in elektron xidmətinə birləşdirilib.
Xidmət XİN-də akkreditə olunmaq üçün lazım olan sənədləri ilkin olaraq təqdim edən xarci KİV nümayəndələri üçün nəzərdə tutulub. Xidmətdən istifadə pulsuzdur.