...

Azərbaycanda genişzolaqlı xidmətlərin infrastrukturunun genişləndirilməsi üçün Yaponiya texnologiyalarından istifadə olunacaq

Telekommunikasiya Materials 14 Fevral 2014 15:57 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi və Yaponiyanın "NEC Corporation" korporasiyası əməkdaşlıq memorandumu imzalayıblar.
Azərbaycanda genişzolaqlı xidmətlərin infrastrukturunun genişləndirilməsi üçün Yaponiya texnologiyalarından istifadə olunacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi və Yaponiyanın "NEC Corporation" korporasiyası əməkdaşlıq memorandumu imzalayıblar. Bu barədə cümə günü Trend-ə İB-dən bildiriblər.

Məlumata görə, dövlət rabitə operatoru NEC texnologiyalarından telekommunikasiya qovşaqlarının modernləşdirilməsində, genişzolaqlı xidmətlərin və rabitə xidmətlərinin infrastrukturunun genişləndirilməsində istifadə etmək niyyətindədir.

İB-nin perspektiv planlarına regional telekommunikasiya qovşaqlarının (TKQ) xeyli hissəsinin yeni nəsil NGN (Next Generation Network) şəbəkəsinə keçidi daxildir. Zəruri telekommunikasiya avadanlıqlarının alınması üçün qərar artıq qəbul edilib və yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanacağı gözlənilir.

Hazırda Azərbaycanda regional TKQ-lərin NGN texnologiyaları ilə əhatə dairəsi 25 faizə çatır.

Operator ümumi nömrə tutumu 300 min ədəd olan TKQ-lərin yenidən qurulmasına hazırlaşır. Şəbəkənin modernləşdirilməsi regional ATS-lərin nömrə tutumunun 600 min ədədə çatdırılmasına və genişzolaqı internet portlarının sayının 500 min ədəddən çox artırılmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti