...

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə xəbərdarlıq edib

Telekommunikasiya Materials 7 Mart 2014 17:25 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi ADSL-modemlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edir.
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi ADSL-modemlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edir.

Trend xəbər verir ki, bu barədə cümə günü Mərkəzin yaydığı məlumatda deyilir.

Evlərdə və kiçik ofislərdə modemlərin təhlükəsizliyinin təmin olunması məqsədilə Mərkəz istifadəçilərə aşağıdakıları tövsiyə edir: modem sazlamalarına daxil olduğunuz zaman daxil etdiyiniz şifrəni brauzerin yaddaşında saxlamayın; istifadə etdiyiniz veb baxış proqramlarının (veb brauzerlərin) keşini tez-tez təmizləyin; modem sazlamalarına daxil olduğunuz şifrəni dəyişin; modem sazlamalarından DNS parametrlərinin dəyişdirilib-dəyişdirilməməsini dərhal yoxlayın; modemin veb interfeysinə girişini məhdudlaşdırın; ehtiyac olmadığı təqdirdə uzaqdan idarəetmə vasitələrini deaktiv edin; ehtiyac olduqda isə modemə kənardan daxil olan IP ünvanları məhdudlaşdırın.

Modemlərin təhlükəsizlik qaydalarına riayət etmədikdə böyük problemlərlə qarşılaşa bilərsiniz. Belə ki, marşrutizatorlarda təhlükəsizlik çatışmazlıqlarının mövcudluğu səbəbindən 2014-cü il mart ayının əvvəlində yüz minlərlə modem hücumlara məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti