...

Azərbaycanlı IT-mütəxəssis "Microsoft"un yüksək mükafatına layiq görülüb

Telekommunikasiya Materials 9 Aprel 2014 18:28 (UTC +04:00)
“Microsoft” korporasiyası azərbaycanlı IT-mütəxəssis Elgüc Yusifbəylini “Microsoft”un ən dəyərli mütəxxəssis (“Most Valuable Proffesional” – MVP) adına layiq görüb.
Azərbaycanlı IT-mütəxəssis "Microsoft"un yüksək mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

"Microsoft" korporasiyası azərbaycanlı IT-mütəxəssis Elgüc Yusifbəylini "Microsoft"un ən dəyərli mütəxxəssis ("Most Valuable Proffesional" - MVP) adına layiq görüb.

"Microsoft" ən dəyərli mütəxəssis (MVP) mükafatını təşəkkür əlaməti olaraq entuziazm, texniki təcrübə və "Microsoft" məhsulları haqqında real məlumatı digərləri ilə bölüşən, müstəsna və müstəqil icma liderlərinə təqdim edir. Bu, "Microsoft" şirkətinin texniki icmaların dəstəyi və inkişafı çərçivəsində üzərinə götürdüyü məsuliyyətinin bir hissəsidir.

"Microsoft" bu insanların texnologiya qavrama və inkişaf etdirməsində vacib rolunu qəbul edir və bu, öz növbəsində, müştərilər üçün daha keyfiyyətli məhsulları çatdırmaqda bir köməkdir. Bundan ruhlanaraq "Microsoft" bu mükafatı təsis edib. 20 il öncə bu mükafat cəmi 37 icma liderlərinə təqdim olunmuşdu.

Bu gün sözügedən rəqəm artıq 4 000-ə çatıb. Bu mütəxəssislər 40 dildə danışan 90 ölkənı təmsil edir və ildə 10 mlrd. sualı cavablandırmaqla, 90-a yaxın "Microsoft" mükafatlarına layiq görülüblər.

Ən dəyərli mütəxəssislər "Microsoft" məhsullarını ətraflı bilmələri ilə yanaşı, həmçinin, bu məhsulların dünya boyu necə istehsal olduqlarına da bələddirlər. "Micrsosoft" bu mütəxəssisləri öz texniki resursları ilə təmin etməklə, onları məhsul komandalırına dəvət edir və beləcə, onların təmsil etdiyi icmaların texnologiya inkişafında öz töhfələrin verməkləri üçün şərait yaradır.

Bir çox hallarda ən dəyərli mütəxəssislərə məhsullar və gözlənilən texnologiyalar haqqında gizli məmulat verilməklə onların bu məhsullar haqqında rəyi öyrənilir.

Qeyd edək ki, E.Yusifbəyli 1983-cü ildə Naxçıvanda anadan olub. Hazırda o, "Əhməd Yasəvi" Universitetində informasiya sistemlərinin idarə olunması üzrə magistr təhsili alır. Technet.az layihəsinin təsisçisi olan E.Yusifbəyli həmçinin, MCT ("Microsoft Certified Trainer"), MCSE ("Microsoft Certified System Engineer") və VCP ("VMware Certified Professional") sertifikatlarına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti