...

Azərbaycanın internet bazarında axtarış sistemlərinin pay bölgüsü açıqlanıb

Telekommunikasiya Materials 4 İyun 2014 15:27 (UTC +04:00)
2014-cü ilin yanvar-may aylarında Azərbaycanda "Google" axtarış sisteminin payı 0,74 faiz azalıb.
Azərbaycanın internet bazarında axtarış sistemlərinin pay bölgüsü açıqlanıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanda "Google" axtarış sisteminin payı 0,74 faiz azalıb. Trend-in xəbərinə görə, bu barədə çərşənbə günü "Global Stats" mərkəzinin yaydığı məlumatda deyilir.

"Google" Azərbaycanda ən populyar axtarış sistemidir, onun bazardakı payı 87,83 faizdir. Ötən ilin eyni dövrü ilə müqayisədə "Google" axtarış sisteminin istifadəçiləri 5,94 faiz azalıb.

Yanvar-may aylarında ölkədə "Yandeks" axtarış sistemi istifadəçilərinin sayında 25,15 faiz artım qeydə alınıb. "Yandeks"in Azərbaycanda payı 4,08 faizdir ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 36,45 faiz çoxdur.

Siyahıda sonrakı yerləri bing (2,9 faiz), mail.ru (2,74 faiz) servisləri və digərləri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti