...

Azərbaycan "bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdıracaq

Telekommunikasiya Materials 26 İyun 2014 13:17 (UTC +04:00)
Vergilər Nazirliyi “bulud” texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdıracaq.
Azərbaycan "bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdıracaq

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Vergilər Nazirliyi "bulud" texnologiyaları əsasında bələdiyyə vergilərinin yığımını avtomatlaşdıracaq. Bu barədə Trend-ə nazirlikdən deyiblər.

Əməliyyatlar Azərbaycanın "Cybernet" IT şirkətinin hazırladığı bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin platformasında aparılacaq.

Nazirlik hazırda bələdiyyə vergiləri və ödənişlərinin elektron uçotunun tətbiq edilməsi üzrə pilot layihə reallaşdırır. Layihəyə 8 bələdiyyə cəlb edilib ki, onlardan beşi Bakının Binəqədi rayonunda, qalanları isə Sumqayt şəhərində, Abşeron rayonunun Saray qəsəbəsində və Şəmkir rayoununda yerləşir. Pilot layihə ilin sonunadək reallaşdırılacaq.

Layihə çərçivəsində vergi ödəyicilərinin uçotu sisteminin avtomatlaşdırılması və mərkəzləşdirilməsi, şəhadətnamə və identifikasiya nömrələrinin verilməsi, bələdiyyə gəlirlərinin onlayn ödənişinin tətbiqi və daxili sənəd dövriyyəsi sisteminin yaradılması nəzərdə tutulur.

"Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti