...

Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 30-dan artıq startap-layihəni maliyyələşdirəcək

Telekommunikasiya Materials 10 İyul 2014 12:40 (UTC +04:00)
Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası qrant maliyyələşdirilməsi alacaq 31 startap-layihəni təsdiqləyib.
Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 30-dan artıq startap-layihəni maliyyələşdirəcək

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurası qrant maliyyələşdirilməsi alacaq 31 startap-layihəni təsdiqləyib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Fondundan bildiriblər.

Göstərilən layihələr artıq Fondun Müşahidə Şurasının kriteriyaları üzrə təsdiqlənmiş ekspert qrupunun qiymətləndirməsindən keçib.

Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu 2014-cü il aprelin 2-dən mayın 2-dək aparılıb. Göstərilən dövrdə Fonda 194 layihə təqdim edilib. Təqdim olunan layihələrdən Müşahidə Şurası tərəfindən 59-u seçilib. Şuranın iyulun 7-də keçirilən iclasında 31 layihə təsdiqlənib.

Təqdim edilmiş layihələr növbəti prioritetli parametrlər üzrə qiymətləndirilib: proqressiv İKT proqram və innovasiya məhsullarının hazırlanması, innovasiya texnologiyalarının və infrastrukturun inkişafı, həmçinin onların kommersiyalaşması, müasir texnologiyalar əsasında məlumat şəbəkələrinin yaradılması, IT-xidmətlərin və internet xidmətlərinin genişləndirilməsi.

Dövlət tərəfindən maliyyələşdiriləcək layihələr yüksək texnologiyalar, elektron ödəmələr, proqram əlavələri, aeronaviqasiya sistemlərini, elektron kommersiya, təhsil layihələri, səhiyyə sahəsində layihələr və s. sahələri əhatə edir.

Qrantın maksimum məbləği 300 min manat (36 ay müddətinə) təşkil edə bilər. Kiçik qrantlar 10-100 min manat, orta qrantlar 100-200 min manat, iri qrantlar 200-300 min manat həcmində nəzərdə tutulub.

İki il müddətinə reallaşdırılması nəzərdə tutulan kiçik və orta layihələr 3 mərhələdə maliyyələşdiriləcək. Birinci mərhələdə layihələr ümumi dəyərinin 30 faizi həcmində maliyyə alacaqlar. İkinci mərhələdə daha 40 faiz vəsait ayrılacaq, üçüncü mərhələdə isə (yekun hesabat təqdim edildikdən sonra) yerdə qalan 30 faiz məbləğ ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti