...

Bakıda "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirilib

Telekommunikasiya Materials 18 Sentyabr 2014 19:01 (UTC +04:00)
“Cybernet” şirkəti Almaniyanın “LucaNet” şirkəti ilə birgə sentyabrın 17-də “Four Seasons” mehmanxanasında “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirmişdir.
Bakıda "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirilib

"Cybernet" şirkəti Almaniyanın "LucaNet" şirkəti ilə birgə sentyabrın 17-də "Four Seasons" mehmanxanasında "Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər" mövzusunda forum keçirmişdir.

"Cybernet" şirkətinin baş direktoru İlham Namazov giriş nitqində bildirmişdir ki, rəhbəri olduğu şirkət Azərbaycanın ən uğurlu investisiya holdinqlərindən olan "Synergy Group"a daxildir. Natiq forumun mövzusunun aktuallığını qeyd etmiş və Azərbaycanda İT bazarının geniş imkanlarını vurğulamış, həmçinin ölkədə qabaqcıl İT məhsullarına yüksək tələbin olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Forumda "Cybernet" şirkətinin baş direktorunun müavini Anar Mehdiyev, "LucaNet" şirkətinin mütəxəssisləri Matteus Ebinal və Nazar Farmaqa, "Synergy Group"un maliyyə meneceri Rüfət Cahangirov, "AtaBank"ın Risklərin idarə olunması departamentinin direktoru Elman Sadıqov, risklərin analizi və hesabatlığı sahəsində ekspert İlqar Sarıcanlı çıxış etmişlər.

Almaniya şirkətinin nümayəndələri çoxşaxəli holdinqlərdə təmərküzləşmiş maliyyə hesabatlığı üzrə maraqlı təqdimatla çıxış etmişlər. Natiqlər yerli bazarda "LucaNet" şirkətinin proqram məhsullarının tətbiqinin üstünlüklərindən danışmışlar.

"Cybernet" şirkətinin baş direktorunun müavini A.Mehdiyev bildirmişdir ki, "LucaNet" ilə əməkdaşlığın əsas məqsədi Almaniya şirkətlərinin təcrübəsi və innovativ həllərini yerli bazara gətirməkdir. "LucaNet"in həlləri hazırda dünyanın 50-dən artıq ölkəsində, 1,5 min şirkətdə istifadə olunur. Çox zaman şirkətlər böyük olmayan məsələlərin həlli üçün kompleks həllər əldə etməyə məcbur olurlar. Bu da maliyyə baxımdan sərfəli deyildir. Məhz "LucaNet"in həlləri az xərclə müvafiq məsələri operativ həll etməyə imkan verir.

Forum iştirakçıları Azərbaycanda bank sistemində və şirkətlərin əməliyyat sistemlərində risklərin qiymətləndirilməsi və idarə olunması mövzusunun vacibliyini qeyd etmişlər.

Natiqlər kredit risklərinin hesablanması mövzusuna toxunmuş, "Cybernet" şirkətinin bu safədə mövcud proqram təminatı haqqında danışmışlar. Mütəxəssislər müvafiq proqramın üstünlüyünü və bazar üçün aktuallığını qeyd etmişlər. Belə ki, bu proqram analitik hesabat sistemi kimi bankların idarə olunmasında strateji və kritik qərarları təqdim edir. Analiz və hesabat sistemi banklara uyğun bütün: kredit, bazar, likvidlik, əməliyyat və sığorta risklərini əhatə edir.

Arayış:

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

1999-cu ildə yaradılmış "LucaNet" şirkəti Niderland Krallığında, Avstriyada, İsveçrədə, Belçikada, Ukraynada və Çində həyata keçirilən İT layihələrində fəal iştirak edir. "Condor", "Langenscheidt", "Peek & Cloppenburg", "Tom Tailor" və "Toshiba" kimi şirkətlər "LucaNet"in nəzarət və konsolidasiya proqram təminatından uğurla istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti