...

Cybernet "BakuTel" sərgisində "Korporativ stilin ən yüksək nümunəsi" sertifikatına layiq görülüb

Telekommunikasiya Materials 8 Dekabr 2014 17:11 (UTC +04:00)
“Synergy Group”a daxil olan “Cybernet” şirkətinin stendi “BakuTel” sərgisinin təşkilatçıları tərəfindən “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülüb.
Cybernet "BakuTel" sərgisində "Korporativ stilin ən yüksək nümunəsi" sertifikatına layiq görülüb

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

"Synergy Group"a daxil olan "Cybernet" şirkətinin stendi "BakuTel" sərgisinin təşkilatçıları tərəfindən "Korporativ stilin ən yüksək nümunəsi" sertifikatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, 2-5 dekabr tarixlərində telekommunikasiya və informasiya texnologiyaları sektorunun təbliği məqsədilə keçirilmiş "BakuTel" sərgisində "Cybernet" şirkəti fəal iştirak edib. Orijinal stendi ilə seçilən şirkət yerli və əcnəbi qonaqların diqqətini cəlb edib. Müxtəlif sahələrdən olan iş adamları, dövlət orqanlarının nümayəndələri İT həllər üzrə onları maraqlandıran suallarla şirkətin mütəxəssislərinə yaxınlaşaraq müzakirələr aparışb təklif olunan məhsul və xidmətlərlə tanış olublar. Tədbirdə iştirak etmiş bəzi dövlət və özəl şirkətlərin təmsilçiləri ilə gələcəkdə tərəfdaşlıq sazişi üzrə bir sıra razılaşmalar əldə olunub.

Xatırladaq ki, 10 illik fəaliyyət təcrübəsi olan "Cybernet" şirkəti sərgidə ziyarətçilərə dövlət və özəl qurumlarının elektronlaşdırılması, elektron həllərin yaradılması (sənəd dövriyyəsi), iri həcmli məlumat mərkəzlərinin (data center) və təhlil sistemlərinin yaradılması, yanacaq doldurma məntəqələrinin avtomatlaşdırılması və s. kimi həllər təqdim edib.

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq edib. Şirkət "elektron hökumət" həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti