Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ildə elektron xidmətlərin sayını genişləndirəcək.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə DSMF-nin rəhbəri Elman Mehdiyev bildirib.
Onun sözlərinə görə, ötən il DSMF-nin elektron xidmətlərindən 1,3 milyondan artıq insan faydalanıb ki, bu da rekord göstəricidir.
E.Mehdiyev deyib: "Dövlət Fondu göstərilən elektron xidmətlərin sayına görə liderdir. Bununla yanaşı, biz 2015-ci ildə həmin xidmətlərinn sayını artırmağa hazırlaşırıq".
O, qeyd edib ki, əsas xidmətlərdən biri sosial sığorta hesabatları ilə bağlıdır.