Azərbaycan seysmik tədqiqatlar üzrə texnologiyaları təkmilləşdirir

Telekommunikasiya Materials 22 Fevral 2015 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu (İSİ) "Robust Noise Monitoring" (RNM) diaqnostika və idarəetmənin monitorinq sistemləri stansiyalarının işini çətin səhra şəraitlərinə uyğunlaşdırır. Bu barədə Trend-ə İnstitutdan bildiriblər.

Modernləşdirmə stansiyaların məişət elementlərinin istənilən hava şəraitində çalışanlarla əvəz edilməsini nəzərdə tutur ki, bu da stansiyanın işini xeyli yaxşılaşdıracaq.

Hazırda Azərbaycanın və Naxçıvan MR-in ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 12 ədəddir.

Mövcud stansiyalar anomal seysmik proseslər özünü yerin səthində göstərməzdən 15-20 saat əvvəl onları qeydə almaq gücündədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti