Azərbaycan, Bakı, 9 aprel /Trend/
Macarıstan Azərbaycanda "Tier3" səviyyəsində regional DATA-mərkəzinin inşa edilməsi layihəsinə investisiya qoymaq niyyətindədir.
Trend bu barədə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, DATA-mərkəzin inşaatı ilə bağlı məsələ bu yaxında keçirilən İnnovativ Texnologiyalar üzrə Azərbaycan-Macarıstan Müştərək İşçi Qrupunun görüşündə nəzərdən keçirilib.
Macarıstan tərəfi işlərlə bağlı ətraflı məlumatlandırılıb.
DATA-mərkəzin istismara verilməsi "bulud" servislərinin populyarlaşmasını və "bulud" texnologiyalarına keçid prosesinin sürətləndirilməsini ehtiva edir. Bu mərkəz öz tipinə görə regionda ilk layihə hesab oluna bilər. Gələcəkdə DATA-mərkəzin bölgənin və dünyanın iri şirkətlərinə, o cümlədən "Facebook" və "Google" şirkətlərinə də xidmət göstərəcəyi gözlənilir.