...

İnternet istifadəçilərinin sayına görə Azərbaycan dünya göstəricisini 2 dəfə qabaqlayır

Telekommunikasiya Materials 21 Aprel 2015 17:45 (UTC +04:00)
İnternet istifadəçilərinin sayına görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
İnternet istifadəçilərinin sayına görə Azərbaycan dünya göstəricisini 2 dəfə qabaqlayır

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümümdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17% üstələyir. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bundan başqa, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 62-yə bərabərdir. Cari ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə "Multimedia xidmətlərinin inkişafı" layihəsi də işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün "Amsterdam Trade Bank"dan 13,7 milyon avro kredit alınıb.

Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib.

Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64 min nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda isə 98 min port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.

Cari rüb ərzində "Bakinternet" internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün "Bakinternet" istifadəçilərinin qoşulması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti