...

Regionun ən böyük DATA-mərkəzinin istismara verilmə müddəti açıqlanıb

Telekommunikasiya Materials 9 İyun 2015 03:27 (UTC +04:00)
Regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi yaxın iki ay ərzində Azərbaycanda istismara veriləcək.
Regionun ən böyük DATA-mərkəzinin istismara verilmə müddəti açıqlanıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi yaxın iki ay ərzində Azərbaycanda istismara veriləcək. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbə xəbər verib.

DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq. DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və "Google", "Facebook" kimi böyük şirkətlərə xidmət göstərəcək.

Layihə BMT-nin İnkişaf Proqramının dəstəyi ilə reallaşdırılır. Məlumat emalı mərkəzi ümumi sahəsi min kvadrat metr olan sahədə yaradılıb. İlkin mərhələdə server şkafların sayı 200 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 qiqabit təşkil edəcək. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti