Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
"Microsoft" şirkəti Azərbaycanda öz DATA-mərkəzini yaradıb. Bunu Trend-ə "Microsoft Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.
Onun sözlərinə görə, layihə "Microsoft"un "Azertelecom" şirkəti ilə imzaladığı müqavilə əsasında reallaşdırılır: "Məlumatların emalı mərkəzinin məqsədi daxili bazarın sifarişləri üzrə "Microsoft" resurslarının keşlənməsi üçün əsas axtarış sistemi olmaqdır. "Azertelecom" telekommunikasiya xidmətlərinin əsas tədarükçüsü olacaq".
R.Hacıəlibəyov qeyd edib ki, perspektivdə DATA-mərkəzin texniki imkanlarının mütəmadi artırılması və bu sahədə Azərbaycanın digər əsas provayderləri, məsələn, "Delta Telecom", eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirmək nəzərdə tutulur.