Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Hüseyn Vəliyev/
"Delta Telecom" (Azərbaycanın ilk provayderi) şirkətinin Məlumatların Emalı və Mühafizəsi Mərkəzi (MESM) "Tier3" imtinaya davamlılıq səviyyəsinə uyğunluq sertifikatı alacaq. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
"Trier3" imtinaya davamlılıq səviyyəsi sistemin istənilən hissəsi sıradan çıxanda sistemi sabit iş rejimi ilə təmin edir və 99,85 faiz giriş göstəricisinə malikdir. Söhbət DATA-mərkəzin qəzaya davamlılığından gedir. Beləliklə, şirkətin müştəriləri məlumatlarının etibarlı şəkildə mühafizə olunacağına əmin ola biləcəklər.
Şirkətdən verilən məlumata əsasən, yaxın vaxtlarda "Tier3" MESM-in imtinaya davamlılıq səviyyəsi üzrə sertifikatlaşdırılması gözlənilir. Şirkət perspektivdə DATA-mərkəzi "Tier4" səviyyəsinə kimi artırmaq niyyətindədir.