...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub

Telekommunikasiya Materials 7 Avqust 2015 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin (MİM) açılışı olub. Müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində nazir Əli Abbasov iştirak edib.

Trend-in məlumatına görə, RYTN-in informasiya siyasətinin tənzimlənməsi, RYTN-in həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək

Nazirin müşaviri Müşfiq Əmirov məlumat verib ki, mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək.

Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır.

Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti