...

Ailə TV-dən "Fərdi seçim" paketi

Telekommunikasiya Materials 9 Sentyabr 2015 16:01 (UTC +04:00)
İndi Ailə TV rəqəmsal yayım abunəçiləri izləmək istədikləri telekanalları özləri müəyyənləşdirə bilərlər. Bunun üçün Ailə TV abunəçilərinin ixtiyarına “Fərdi seçim” paketi təqdim olunur.
Ailə TV-dən "Fərdi seçim" paketi

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

İndi Ailə TV rəqəmsal yayım abunəçiləri izləmək istədikləri telekanalları özləri müəyyənləşdirə bilərlər. Bunun üçün Ailə TV abunəçilərinin ixtiyarına "Fərdi seçim" paketi təqdim olunur.

"Caspian Telecom" şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fərdi seçim paketində müxtəlif mövzuları əhatə edən 70 telekanal var, həmin 70 telekanaldan abunəçi istədiyi 12 telekanalı seçə bilər. Fərdi istəyə görə seçilmiş 12 əlavə telekanala aylıq abunə 5 AZN təşkil edir.

Fərdi seçim paketinə daxil olan telekanalları aile.tv saytından sifariş vermək mümkündür. Abunəçilərin rahatlığı üçün saytın QOŞUL bölməsində xüsusi onlayn sifariş forması hazırlanıb.

Bundan əlavə, yeni paketi Ailə TV filiallarında da aktivləşdirmək olar. Bunun üçün abunəçi qeydiyyatda olduğu Ailə TV filialına yaxınlaşaraq müvafiq sifariş blankını doldurmalıdır.

Qeyd etmək lazımdır ki, rəqəmsal yayım abunəçiləri yalnız bir əlavə paketə abunə ola bilərlər. Bu o deməkdir ki, HD və "Fərdi seçim" paketlərinə eyni zamanda abunə olmaq mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti