...

Ailə TV indi Masazırda

Telekommunikasiya Materials 30 Oktyabr 2015 11:46 (UTC +04:00)
Ailə TV indi Masazırdadır.
Ailə TV indi Masazırda

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ailə TV indi Masazırdadır.

"Caspian Telecom" mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq Masazır qəsəbəsinin sakinləri də Ailə TV kabel televiziyası xidmətlərindən istifadə edə bilərlər. Qəsəbədə yerləşən Qurtuluş 93 yaşayış kompleksinin 5 mərtəbəli binaları Ailə TV tərəfindən tam olaraq kabelləşdirib və istifadəyə hazır vəziyyətə gətirilib.

Xatırladaq ki, əhatə dairəsini daim genişləndirən Ailə TV kabel televiziyası Bakı və Gəncə şəhərində xidmət göstərir. Hal-hazırda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Suraxanı, Binəqədi, Nəsimi rayonları Ailə TV kabel televiziyasının əhatə dairəsiniə daxildir. Bundan əlavə Səbail rayonu və Sabunçu rayonu Bakıxanov qəsəbəsinin müəyyən ərazilərində də Ailə TV kabel televziyası xidmətlərinə qoşulmaq mümkündür.

Ailə TV kabel televiziyası şəbəkəsinə daxil olmayan ünvanların sakinləri Ailə TV Player qurğuları vasitəsilə Ailə TV şəbəkəsində yayımlanan TV kanalları IPTV rejimində izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti